Serqey Lavrov - Qərb Ukrayna münaqişəsini döyüş meydanında həll etmək istəyirsə, o zaman bu, döyüş meydanında baş verəcək
Serqey Lavrov - Qərb Ukrayna münaqişəsini döyüş meydanında həll etmək istəyirsə, o zaman bu, döyüş meydanında baş verəcək

 
Rusiyanın xarici işlər naziri bildirib ki, Qərb Ukrayna münaqişəsini döyüş meydanında həll etmək istəyirsə, o zaman bu, döyüş meydanında baş verəcək. Serqey Lavrov bu bəyanatı onun yenidən xarici işlər naziri vəzifəsinə təyin edilməsi məsələsinin müzakirə olunduğu Rusiyanın Federasiya Şurasında verib.

“Əgər döyüş meydanında istəyirlərsə, bu, döyüş meydanında olacaq” – Lavrov bildirib.

O, Rusiyanın danışıqlara təkcə sözdə deyil, həm də əməldə hazır olduğunu deyib.

“İstanbulda sənədin paraflanması və bununla xüsusi hərbi əməliyyata son qoyulmasının bir addımında idik, bunu Ukraynanın sponsorları etiraf edirlər, bu, həqiqətən Ukrayna üçün çox əlverişli şərtlərlə baş verəcəkdi. Bunu politoloqlarımız da deyirlər. Mən bununla razıyam” – Lavrov açıqlayıb.

Onun bəyanatına əsasən, bu, Rusiya rəhbərliyinin “Qərbin çoxsaylı aldatmalarına baxmayaraq, yenə də inanmaq və xoş niyət nümayiş etdirmək qərarına gəldiyi” sonuncu hadisə idi.

“Yenə aldatdılar. Yenə müharibəyə məcbur edildik”-deyə Lavrov bildirib.