Sergey Lavrov: Qərb hər gün bəşəriyyətə qarşı cinayətlər törədən Kiyev rejimini ağartmağa çalışır

16:58, 01.07.2026

Qərb hər gün bəşəriyyətə qarşı cinayətlər törədən Kiyev rejimini ağartmağa çalışır. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, Moskva istənilən şəraitdə beynəlxalq humanitar hüquq çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək.

“Bu cəhdlər xüsusilə Ukrayna böhranı fonunda daha aydın görünür. Qərb ölkələri hər vasitə ilə Kiyev rejimini ağartmağa və ört-basdır etməyə çalışırlar. Halbuki həmin rejim hər gün humanitar hüququ kobud şəkildə pozur və bəşəriyyətə qarşı cinayətlər törədir”, – deyə Lavrov Beynəlxalq Qırmızı Xaç Komitəsi prezidenti Mirjana Spoljaric ilə görüşü zamanı bildirib.

Oxşar