Serqey Lavrov işğal olunmuş Abxaziya və Cənubi Osetiyanın dırnaq arası xarici işlər nazirləri ilə "Avropada təhlükəsizlik vəziyyəti"-ni müzakirə edib
Serqey Lavrov işğal olunmuş Abxaziya və Cənubi Osetiyanın dırnaq arası xarici işlər nazirləri ilə "Avropada təhlükəsizlik vəziyyəti"-ni müzakirə edib

 

Rusiyanın xarici işlər naziri Serqey Lavrov işğal olunmuş Abxaziya və Cənubi Osetiyanın dırnaq arası xarici işlər nazirləri ilə “Avropada təhlükəsizlik vəziyyəti”-ni müzakirə edib. Bu barədə məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayır.

Bəyanatda Rusiya xarici işlər nazirinin Soçiyə gələn Dmitri Medoev və İnal Ardzinba ilə bu gün ikitərəfli və üçtərəfli görüş keçirdiyi bildirilib.

“Tərəflər Cenevrə Beynəlxalq Diskussiyalarının gedişatını müzakirə ediblər. Bu unikal formata alternativin olmadığı vurğulanıb. Qafqazdakı vəziyyətin digər aktual aspektləri də müzakirə olunub. Lavrov həmkarlarına Rusiyanın regionda vəziyyətin yaxşılaşdırılması üzrə səyləri, o cümlədən Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən 2020-ci ilin 9 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr tarixlərində əldə olunmuş razılaşmaların icrası və “3+3″ regional formatın konsultasiyaları ilə bağlı məlumat çatdırıb. Həmçinin, beynəlxalq problemlər , o cümlədən Avropadakı təhlükəsizlik vəziyyəti də müzakirə olunub” -deyə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.