Rusiya Xarici İşlər naziri, Sergey Lavrovun bəyan etdiyinə görə, Rusiya hazırdır ki, Gürcüstan hakimiyyətinin konstruktiv təkliflərini müzakirə etsin. Bu barədə Sergey Lavrov video mətbuat konfransı zamanı Dimitri Lortkipanidzenin sualına cavab olaraq bəyan etdi. Dimitri Lortkipanidzeni moderator təqdim etdi, Primakov adına gürcü-rus ictimai mərkəzin direktoru kimi. Lortkipanidze Rusiya Xarici İşlər nazirinə sualı gürcü-rus əlaqələrinin normallaşdırılması mümkünlüyü barəsində verdi.
Verilən sual kontekstində Sergey Lavrov Gürcüstandan Rusiya bazalarının çıxarılması zamanı nail olunan razılaşma barəsində söhbət etdi.
O, həmçinin Gürcüstan və Rusiya arasında diplomatik əlaqələrin bərpası mümkülüyü barəsində söhbət etdi.
Lavrovun dediyinə görə, bu əlaqələrin kəsilməsinin təşəbbüskarı Rusiya olmayıb.
Elə onub bildirdiyinə görə, əgər Gürcüstan Rusiyaya ticarət nümayəndəliklərinin artırılmasını təklif etsə, Rusiya bu təşəbbüsün müzakirəsi üçün hazırdır.
Sergey Lavrov onuda bildirdi ki, ümud edir Rusiya Gürcüstan arasında avia gediş-gəlişinin bərpası məsələsini yaxın zamanlarda həll edəcəklər.
Rusiya Xarici İşlər naziri həmçinin Gürcüstan prezidenti, Salome Zurabişvilinin Rusiya barəsində edilən bəyanatları barəsində söhbət etdi.
Lavrov deyir ki, “Gürcüstan prezidentinin bəzi bəyanatı aqressivdir”.