Sergey Lavrov - Gürcüstan hakimiyyəti Rusiyaya qarşı sanksiya tələbi ilə bağlı qərbin görünməmiş təzyiqinə milli maraqlarla cavab verir
Gürcüstan hakimiyyəti Rusiya Federasiyasına qarşı sanksiya tələbi ilə bağlı qərbin görünməmiş təzyiqinə milli maraqlarla cavab verir, – bu barədə Rusiyanın Xarici İşlər naziri, Sergey Lavrov bəyan etdi.
Rusiya XİN rəhbərinin dediyinə görə, qərb Gürcüstanı Rusiya üçün qıcıqlandırıcıya çevirmək istəyir.
“İndi Gürcüstanda prezidentlə birlikdə, hökumət var ki, görünməmiş təzyiqlərlə sanksiyalara qoşulmaq, ikinci cəbhə açmaq tələblərinə cavab verməlidir. Belə bir terminologiya da var, onlar deyirlər ki, “Bildiyiniz kimi, biz öz milli maraqlarımızı əldə rəhbər tuturuq. Rusiya ilə ticarətimiz var, turizmimiz var, enerji resurslarımız var. Şübhə etmirəm ki, onlar Gürcüstanı Rusiya üçün qıcıqlandırıcıya çevirmək istəyirlər, vəziyyəti Saakaşvilinin aqressor dövrünə qaytarmaq istəyirlər”, – Lavrov qeyd etdi.