Sergey Lavrov - Dağlıq Qarabağın statusu qaçqınların regiona qaytarılmasından sonra müəyyənləşdiriləcək
Sergey Lavrov - Dağlıq Qarabağın statusu qaçqınların regiona qaytarılmasından sonra müəyyənləşdiriləcək

Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun bəyanatına görə, Dağlıq Qarabağın statusu ancaq hər iki millətin qaçqınlarının hüquqlarının qorunmasından və regiona qaytarılmasından sonra müəyyənləşdiriləcək.

Bu barədə bəyanatı Rusiyanın Xarici İşlər Naziri xarici medya üçün keçirilən mətbuat konfransında verdi.

“Ununtmamalıyıq ki, bizi ilk növbədə, Dağlıq Qarabağdan olan qaçqınların rayona qaytarılması məsələsi gözləyir.

Dağlıq Qarabağın statusu hələ müəyyən edilməyib. Statusun nə olacağı, Dağlıq Qarabağda Sovet İttifaqı zamanı olan etnokonfessiya razılşamasının bərpasından asılı olacaq. Dağlıq Qarabağın statusu ancaq orada yaşayan əhaliyə hansı hüquqların veriləcəyi müəyyən edildikdən sonra bəlli olacaq.

Bu həm Azərbaycanlı, həm də erməni qaçqınlara və məcburi köçkünlərə aiddir” – dedi Sergey Lavrov.

Lavrovun dediyinə görə, bütün bu proseslər üçün vaxt lazımdır və bunun konkret olaraq nə zaman olacağı məlum deyil.

“Azərbaycanlı qaçqınlar öz evlərinə və həmçinin,  Şuşa rayonuna qayıda biləcəklər. Sülhməramlılarımız orada təhlükəsizliyi qoruyacaqlar. Bu həm Azərbaycanlı, həm də erməni həmkarlarımız üçün vacibdir.

Orada mövcud olan tarixi abidələrin bərpası prosesinə isə, YUNESCO-yu cəlb edəcəyik” – dedi Lavrov.