Sergey Lavrov Azərbaycan və Ermənistanın Xarici İşlər Nazirləri ilə görüşdü
Sergey Lavrov Azərbaycan və Ermənistanın Xarici İşlər Nazirləri ilə görüşdü

Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov Azərbaycanlı və erməni həmkarları ilə ayrı-ayrı görüşdü.

Rusiya Xarici İşlər Nazirliyi tərəfindən yayılan məlumatda deyilir ki, danışıqlar zamanı Dağlıq Qarabaq münaqişə zonasında atəşin dayandırılması ilə bağlı razılaşmanın yerinə yetirilməsi ilə bağlı məsələlər müzakirə olundu.

Bəyanata əsasən, tərəflər münaqişənin həlli üçün şərtlərin yaradılmasını da müzakirə ediblər.

Görüşdən öncə, Rusiya prezidenti Vladimer Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla söhbət etdi.