Şərq Tərəfdaşlığı Məsələləri üzrə Avropa İttifaqının və üzv ölkələrin təcili tapşırıqlar üzrə səfirləri Gürcüstana səfər edəcəklər
Şərq Tərəfdaşlığı Məsələləri üzrə Avropa İttifaqının və üzv ölkələrin təcili tapşırıqlar üzrə səfirləri Gürcüstana səfər edəcəklər

 
2023-cü ilin noyabrın 6-8-də Avropa İttifaqı Şurasının hazırkı sədri kimi İspaniya da daxil olmaqla Şərq Tərəfdaşlığı Məsələləri üzrə Avropa İttifaqının və üzv ölkələrin təcili tapşırıqlar üzrə səfirlərindən ibarət nümayəndə heyəti Gürcüstana səfər edəcək.

Bu barədə məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyi yayır.

XİN-dən verilmiş məlumatda İlia Darçiaşvilinin nümayəndə heyəti ilə işçi nahar formatında görüşəcəyi deyilir. Səfər çərçivəsində Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili və Gürcüstan hökumətinin nümayəndələri nümayəndə heyəti ilə görüş keçirəcəklər. Səfər çərçivəsində səfirlər işğal xəttinə baş çəkəcək, təhlükəsizlik vəziyyəti ilə yerindəcə tanış olacaqlar.

Xarici İşlər Nazirliyindən açıqlandığı üzrə, sözügedən səfər Gürcüstanın Avropa İttifaqına üzvlüyü prosesinin ən mühüm mərhələsində həyata keçirilir, çünki bu səfər Avropa Komissiyası tərəfindən genişlənmə paketinin dərc edilməsindən əvvəl baş tutur. Bu fonda Aİ-yə üzv olan 20-yə qədər ölkəni təmsil edən nümayəndə heyətinin səfəri xüsusi əhəmiyyət kəsb edir və ölkə üçün belə mühüm bir dövrdə Avropa İttifaqının dəstəyinin daha bir bariz nümunəsidir.

Şərq Tərəfdaşlığı Məsələləri üzrə Avropa İttifaqının və üzv ölkələrin təcili tapşırıqlar üzrə səfirləri ölkədə həyata keçirilən və ya davam etdirilən islahatlar və bu istiqamətdə artıq əldə edilmiş mühüm nəticələrlə tanış olmaq imkanı əldə edəcəklər.