“Şərq Tərəfdaşlığı” çərçivəsində nazir İlia Darçiaşvili niderlandlı həmkarı ilə görüşüb
“Şərq Tərəfdaşlığı” çərçivəsində Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili niderlandlı həmkarı Hanke Bruins ilə görüşüb. Bu barədə XİN rəhbəri sosial şəbəkədə yazır.
“Niderlandın xarici işlər naziri Hanke Bruins Slot ilə görüşdə Gürcüstan hökumətinin Avropa İttifaqına daxil olmaq yolunda göstərdiyi səylər barədə məlumat paylaşmaq imkanım oldu. Mən ümidvar olduğumu bildirdim ki, Gürcüstan namizəd statusunu alacaq, bu, həm ölkənin Avropa İttifaqına daxil olması, həm də bütün region üçün çox vacibdir”- Darçiaşvili X-in şəxsi səhifəsində yazıb.