"Şərq partnyorluğu" sammitinin deklarasiyası - Avropa İttifaqı partnyorlarının ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir
Avropa İttifaqının rəsmi veb-səhifəsində Brüsseldə keçirilən “Şərq Partnyorluğu” sammitinin deklarasiyası yayıldı.
22 səhifəlik sənəd, 21 maddədən ibarətdir. Bundan əlavə, deklarasiyada, 2020-ci ilə qədər həyata keçiriləcək 20 maddəli plan da var.
Deklarasiyaya əsasən, sammit iştirakçıları “Şərq partnyorluğunun” Avropa qonşuluq siyasətindəki əhəmiyyətini təsdiqləyirlər.
“Stabil və effektiv islahatların tərəqqisi “Şərq partnyorluğunun” müvəffəqiyyətinin açarıdır, – deyilir sənəddə.
“Sammit iştirakçıları demokratiyanın, qanunun aliliyinin və fundamental azadlığın gücləndirilməsi üçün hazırdırlar. İnsan hüquqları və azadlıqlar, həmçinin beynəlxalq hüququn prinsipləri və normaları, şərq partnyorluğunun fundamentləridir” – deyilir sənəddə.