Şərq Gürcüstan müftisi bəyan edir ki, Dmanisidə qarşıduran tərəflər barışdılar
Şərq Gürcüstan müftisi bəyan edir ki, Dmanisidə qarşıduran tərəflər barışdılar

Şərq Gürcüstan müftisi Etibar Eminov bəyan edir ki, Dmanisidə baş verən qarşıdurmada iştirak edən tərəflər barışdılar.

Bu barədə müfti iqtidar və qarşı duran tərəflərlə keçirilən görüşdən sonra verdi.

Onun dediyinə görə, tərəflər barışdılar və münaqişə artıq davam etməyəcək.

“Məişət səbəbi ilə baslayan bu münaqişənin başa çatdığına sevinirəm. Dini xadimlərin, dövlətin və əhalinin prosesə qoşulması ilə münaqişə həll olundu. Əminəm ki, bizim xalq münaqişənin daha çox uzanmasına imkan verməyəcək. Gürcüstanda yaşayan millətlər ölkəmizin güclənməsinə və inkişafına birlikdə qayğı göstərməliyik”, – dedi Etibar Eminov.