Serena Uilyams - Mənim qızım qara dərili bir qadın olacaq və çox çətinliklərlə üzləşəcək
“Böyük Slem” – in 23 qat çempionu olan Serena Uilyams qızı Olimpiyanın gələcəyinə görə narahat olduğunu bildirdi.
“Mən onun cinsi və dərisinin rəngi haqda düşünürəm. O qara dərili bir qadın olacaq və onu ağır bir həyat gözləyir. Ancaq ümid edirəm ki, hər şey o qədər də pis olmayacaq. Anamın həyatı ilə müqayisədə, mən o qədər də çox əziyyət çəkməmişəm. Ümid edirəm ki, qızımım həyatı mənimkindən də daha asan olacaq. Onu həyatda bir çox çətin imtahan gözləyir və onu buna hazırlamağa çalışıram” – dedi Serena Uilyams Tennis World USA müsahibə zamanı.
Tenisçi Serena Uilyams WTA reytinqində doqquzuncu yerdədir.