Serbiyanın Novi Sad şəhərinin prokurorluğu dəmiryol vağzalının damının uçması işi üzrə 13 nəfərə qarşı ittiham irəli sürüb
Serbiyanın Novi Sad şəhərinin prokurorluğu dəmir yolu vağzalının damının uçması işi üzrə 13 nəfərə qarşı ittiham irəli sürüb. Novi Sad Ali Prokurorluğunun bəyanatında bildirilir ki, keçmiş infrastruktur naziri, onun müavini, yenidənqurma layihəsinin müəllifləri və işlərə nəzarət edən şəxslər də daxil olmaqla, məmurlara və rəhbərlərə qarşı ittihamlar irəli sürülüb.
Prokurorluğun iddia etdiyi kimi, tikinti işləri düzgün aparılmadığı üçün onlar ictimai təhlükəsizliyə təhlükə yaradıblar.
Noyabrın 1-də yeni təmir edilmiş Novi Sad dəmir yolu vağzalının damının uçması nəticəsində 15 nəfər həlak olub. İnsident Serbiyada kütləvi etirazlara səbəb olub. Müxalifət liderləri və əhalinin bir hissəsi baş verənləri hakimiyyətdəki korrupsiya və qohumbazlıq ilə əlaqələndirirlər. Vağzalın damının uçması ilə əlaqədar nəqliyyat, infrastruktur və ticarət nazirləri istefa verib. Serbiyanın Dövlət Dəmir Yolu Şirkətinin rəhbəri də istefa verib.