Serbiyada dəmiryol vağzalında beton damın uçması nəticəsində ölənlərin sayı 14-ə çatıb
Serbiyanın Novi Sad şəhərində dəmiryol vağzalında beton damın uçması nəticəsində ölənlərin sayı 14-ə çatıb. Bu barədə “Reuters” məlumat yayıb.
Serbiya prezidenti Aleksandr Vuçiçin sözlərinə görə, ölənlər arasında 5 nəfərin kimliyini müəyyən etmək mümkün olmayıb. Medianın məlumatına görə, 3 nəfər yaralanıb.
Serbiyanın prezidenti kimi mən buna görə məsuliyyət daşıyanların hamısının cəzalandırılmasını tələb edirəm”. – Aleksandr Vuçiç dedi.
Məlumat üçün bildirək ki, Serbiyanın şimalında dəmir yolu vağzalında beton dam uçaraq gözləmə zalında oturan insanların üzərinə düşüb. Serbiya hakimiyyəti noyabrın 2-ni matəm günü elan edib.