Serbiya və Monteneqronun sakinlərinə gözlənilən istilərlə əlaqədar növbəti bir neçə gün ərzində axşam saatlarına qədər evdə qalmalarını tövsiyə edirlər
Serbiya və Monteneqronun sakinlərinə gözlənilən istilərlə əlaqədar növbəti bir neçə gün ərzində axşam saatlarına qədər evdə qalmalarını tövsiyə edirlər

 
Serbiya və Monteneqronun sakinlərinə gözlənilən istilərlə əlaqədar növbəti bir neçə gün ərzində axşam saatlarına qədər evdə qalmalarını tövsiyə edirlər. Məlumatı “Reuters” yayır.

Sinoptiklər havanın temperaturunun 40 dərəcəyə qədər yüksələcəyini proqnozlaşdırırlar. Səhiyyə Nazirliyi və Meteorologiya Xidməti qırmızı həyacan səviyyəsi elan edib ki, bu da günəşin aktiv vaxtında çöldə olmağın təhlükəli olması deməkdir.

Belqradın Fövqəladə Hallar Xidmətində gecə ərzində 100-dən çox çağırış qeydə alındığını, əsasən isə ürək və xroniki xəstəlikləri olan insanların tibbi yardıma ehtiyacı olduğunu bildiriblər.