Serbiya və Bosniya-Hersoqovina sərhədində 9 miqrant çayda boğulub
Serbiya və Bosniya-Hersoqovina sərhədində 9 miqrant çayda boğulub

Serbiya və Bosniya-Herseqovina sərhədində, Drina çayında 9 miqrant boğulub. Məlumatı “BBC” yayır.

Nəşrin məlumatına əsasən, miqrantlar çayı keçmək istəyərkən onların qayığı aşıb. Hakimiyyətin məlumatına görə, üç uşaq da daxil olmaqla ən azı 18 sağ qalan şəxs Bosniya sahillərinə çata bilib. Hər iki ölkənin xilasedici qrupları çayda daha bir neçə nəfəri axtarır.

Bununla yanaşı, yerli media yazır ki, onlar həmçinin, miqrantları sərhəddən qanunsuz olaraq keçirən qaçaqçını axtarırlar.

Serbiya hakimiyyətinin nümayəndələrinin dediyinə görə, hadisə Lubovia şəhəri yaxınlığında baş verib. Polis miqrantların əksəriyyətinin Mərakeşdən olduğunu bildirib.

Serbiya və Bosniya Qərbi Balkanlar vasitəsilə Avropa İttifaqına çatmaq üçün miqrasiya marşrutunda əsas tranzit ölkələrdir.