Sentyabrın 8-də Tbilisi-Senaki-Leselidze yolunun bir hissəsində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
Avtomobil Yolları Departamenti tərəfindən yayılan məlumatda, sentyabrın 8-də Tbilisi-Senaki-Leselidze yolunun 162-ci km-də avtomobillərin hərəkətinin qismən məhdudlaşdırılacağı deyilir.
“Tbilisi-Senaki-Leselidze avtomobil yolunun 162-ci km-də, Xevi-Ubisa hissəsinin tikintisi prosesində, departamentin podratçı təşkilatı “Hunan Roads and Bridges Construction Group” tərəfindən körpünün üzərində təmir rulonlar quraşdırılır, bu səbəbdən nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə, 2022-ci ilin avqustun 8-də saat 00:00-dan 08:00-dək sözügedən hissədə nəqliyyatın hərəkəti 30 dəqiqəlik fasilələrlə qismən məhdudlaşdırılacaq (bir hərəkət zolağı bağlanacaq). Sutkanın geridə qalan saatlarında avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir” – deyə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamentinin məlumatında qeyd olunur.