Sentyabrın 4-dən yollarda avtomobillərin emissiya nəzarətinə başlanılacaq
2023-cü il sentyabrın 4-dən İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, avtonəqliyyat vasitələrinin avtomobil yollarında emissiyaya nəzarətinə başlanılacaq. Bu barədə Ətraf Mühitə Nəzarət Departamenti məlumat yayıb.
Nəzarət Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühitə Nəzarət Departamentinin səyyar briqadaları tərəfindən hökumətin qərarı ilə müəyyən edilmiş norma və qaydalara uyğun olaraq, xüsusi alətlər vasitəsilə həyata keçiriləcək.
Qayda pozuntusu aşkar edildikdə, fiziki şəxs ilk dəfədə 100 lari, pozuntu təkrar edildikdə (eyni hərəkət ilk cərimədən 15 gün sonra törədildikdə) 300 lari, son cərimədən 15 gün sonra qayda pozuntusu bir daha təkrar olunarsa – 600 lari. Hüquqi şəxs birinci dəfə 500 lari, ikinci dəfə 1500 lari, üçüncü qayda pozuntusuna görə 3000 lari məbləğində cərimə ediləcək.
Emissiyaya nəzarətdən yayınma eyni sanksiya ilə cəzalandırılır. Cərimə 10 gün ərzində ödənilərsə, cərimənin məbləği 20% azalacaq.
“Hüquq pozuntusu aşkar edildikdən sonra iki saat ərzində sürücü, nəqliyyat vasitəsinin sahibi və ya cavabdeh şəxs öz vəsaiti hesabına müvafiq nəqliyyat vasitəsinə akkreditasiya olunmuş texniki baxışdan keçirərsə və sözügedən nəqliyyat vasitəsinin tullantılarının müəyyən edilmiş normaya uyğun olduğu müəyyən edərsə şəxs inzibati məsuliyyətdən azad ediləcək. Yollarda avtomobillərin işlənmiş qazlarında zərərli maddələrin tərkibinə nəzarət Gürcüstanın dörd böyük şəhərində: Tbilisi, Kutaisi, Batumi və Rustavidə aparılacaq. Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ətraf mühitin mühafizəsi və təbii resurslar komitetində mövcud Nəqliyyat Vasitəsinin Emissiyası və Ekonəqliyyat formalaşdırımasına təşviq üzrə İşçi Qrupunun təsdiq etdiyi tövsiyə əsasında Qanunvericilik təşəbbüsü ilə çıxış edən Komitənin tövsiyəsi Gürcüstan parlamenti tərəfindən təsdiq edilib”, – məlumatda deyilir.