Sentyabrın 30-dan Gürcüstan vətəndaşları Honq-Konqa vizasız səyahət edə biləcəklər
Sentyabrın 30-dan Gürcüstan vətəndaşları Honq-Konqa vizasız səyahət edə biləcəklər

 
2024-cü ilin sentyabrın 30-dan Gürcüstan vətəndaşları Çinin Honq-Konq Xüsusi İnzibati Bölgəsinə vizasız səyahət edə biləcəklər. Bu haqda məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyi yayır.

Qurumun məlumatına əsasən, Honq-Konq Xüsusi İnzibati Bölgəsinin qərarı ilə Gürcüstan vətəndaşlarına Honq-Konqa vizasız səyahət etmək və ardıcıl 30 gün ölkədə qalmaq imkanı verilir.

“Vizasız gediş-gəliş haqqında razılaşmanın əldə edilməsi Gürcüstan və Honq-Konq tərəfləri arasında aktiv iş nəticəsində mümkün olub. Məlumat üçün bildirək ki, Gürcüstan vətəndaşları üçün 2024-cü ilin mayın 28-dən Çin Xalq Respublikasına vizasız səyahət rejimi qüvvədədir.

Qeyd edilməlidir ki, xüsusi inzibati bölgə statusundan irəli gələrək, Honq-Konqun müstəqil immiqrasiya və viza siyasəti var” – qurum tərəfindən yayılmış məlumatda deyilir.