Sentyabrın 30-da və oktyabrın 1-də “Tbilisoba” keçiriləcək
Sentyabrın 30-da və oktyabrın 1-də “Tbilisoba” keçiriləcək

 
Sentyabrın 30-da və oktyabrın 1-də xalq bayramı “Tbilisoba” keçiriləcək.

Paytaxt meri Kaxa Kaladzenin Tbilisinin munisipalitet hökumətinin iclasında qeyd etdiyi kimi, iki gün ərzində müxtəlif mədəni-əyləncə tədbirləri keçiriləcək, sentyabrın 30-da saat 20:00-da isə Tbilisinin fəxri vətəndaşları mükafatlandırılacaq.

“Ənənəvi olaraq bu il də paytaxtda “Tbilisoba” qeyd olunacaq. 30 sentyabr və 1 oktyabr tarixlərində saat 12:00-dan 22:00-dək Riği parkında, Abanotubani və Orbeliani meydanında müxtəlif mədəni-əyləncə tədbirləri keçiriləcək. Sentyabrın 30-da saat 20:00-da isə Dövlət Mərasimlər Sarayında Tbilisinin fəxri vətəndaşlarının mükafatlandırılması mərasimi keçiriləcək. Tədbir canlı yayımlanacaq” – deyə Kaxa Kaladze qeyd edib.

O, yaxın günlərdə munisipalitetin “Tbilisoba”nın proqramı ilə bağlı ictimaiyyətə ətraflı məlumat verəcəyini bildirib.