Sentyabrın 29-da Vaziani-Qombori-Telavi yolunun müəyyən hissəsində gündüz saatlarında avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentindən verilən məlumata görə, sentyabrın 29-da Vaziani-Qombori-Telavi yolunun müəyyən hissəsində gündüz saatlarında avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.
“Daxili dövlət əhəmiyyətli, Vaziani-Qombori-Telavi avtomobil yolunun 27-60km hissəsində reabilitasiya işləri aparılır , bunun üçün bir müddət ərzində avtonəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırmaq lazımdır. Bərpa işlərinin aparılması məqsədilə 29 sentyabr 2023-cü il tarixində saat 11:00-dan 18:00-dək sözügedən hissədə bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan ediləcək. Günün və gecənin qalan hissəsində isə nəqliyyatın hərəkəti sərbəstdir”, – məlumatda deyilir.