Sentyabrın 22-də Vaxtanq Qomelauri parlamentdə Şovi faciəsi ilə bağlı interpelasiya formatında dinləniləcək
Daxili işlər naziri Vaxtanq Qomelauri sentyabrın 22-də parlament qarşısında interpelasiya formatında çıxış edəcək və Şovi faciəsi ilə bağlı sualları cavablandıracaq-bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili danışıb.
Papuaşvili müxalifətə daha sürətli və effektiv olacaq vasitələrdən istifadə etməyi təklif etdiyini bildirib.
“Hətta əvvəllər də, onların təşəbbüsü olanda mən onlara daha sürətli və effektiv vasitələrdən, o cümlədən interpelasiya imkanlarından istifadə etməyi təklif etmişdim. Yaxşı ki, bundan sonra onlar daxili işlər nazirinə interpelyasiya ilə müraciət ediblər, o, məhz bu, interpelyasiyaya cavab olaraq sentyabrın 22-də parlamentə gələcək və bütün suallara cavab almaq imkanları olacaq. Ona görə də müxalifətə müraciətim ondan ibarət olardı ki, interpelyasiyanı gözləsinlər və görsünlər hansı sualları qalıb, cavab alacaqlarmı. Daxili işlər naziri gələcək və bütün məsələlərə cavab verəcək” – Şalva Papuaşvili bildirib.
Şovi faciəsi ilə bağlı parlamentdə müvəqqəti istintaq komissiyasının yaradılması məsələsinə gəlincə, Şalva Papuaşvilinin sözlərinə görə, bu baxımdan müxalifətdə birlik yoxdur.
“Yeri gəlmişkən, müxalifətdə də birlik olmadığını görürük. Aydındır ki, istintaq komissiyası daha bir siyasi radikal gündəmi irəli çəkmək cəhdidir. Əgər onların hər hansı sualı olarsa, interpelyasiya məhz bunun üçün mövcuddur, cavabdeh strukturları çağırsınlar və interpelyasiya yolu ilə bütün suallara cavab verəcəklər. İstintaq komissiyası yaratmaqla, Şovi faciəsi fonunda ən ləyaqətsiz davranış olan mövzu ətrafında mediada hansısa ajiotaj yaratmağa ümid edə bilərlər. Bu, nə siyasi, nə də insani baxımdan düzgün davranış deyil” – Şalva Papuaşvili bildirib.