Sentyabrın 14-də "CNN"-də Gürcüstan haqqında reportaj yayımlanacaq [Video]

İqtisadiyyat və Stabil İnkişaf Nazirliyinin Milli Turizm Administrasiyasının reklam kampaniyası çərçivəsində, CNN-in beynəlxalq platformasında Gürcüstan haqqında reportaj efirə çıxacaq.

“Destination Georgia” adlı reportaj sentyabrın 14-də yayımlanacaq. Anons isə, hər gün göstərilir.

Milli Turizm Administrasiyasının reklam lampaniyası ilin sonuna qədər davam edəcək və “Rtveli” (üzüm dərmə mövsumu) və qış sezonunu əhatə edəcək.

23 dəqiqəlik imic reportajı Avropa və yaxın şərq auditoriyası üçün nəzərdə tutulub.

Gürcüstanın turizm potensialı haqqında CNN-də tematik həftə keçiriləcək.

Reportajlar birləşdiriləcək və onlarla milyonluq kütələlərə təqdim ediləcək.