Sentyabrın 10-u da daxil olmaqla Chabua Amirecibi yolunda nəqliyyatın hərəkəti müəyyən müddətə məhdudlaşdırılacaq
Sentyabrın 10-u da daxil olmaqla Chabua Amirecibi yolunda nəqliyyatın hərəkəti müəyyən müddətə məhdudlaşdırılacaq

 
Chabua Amirecibi yolunun üzərində yerləşən qayalıq yamacda profilaktika məqsədilə daş tökülməsinə qarşı qoruyucu torun çəkilməsi və qayanın təmizlənməsi davam etdirilir. Məlumatı Tbilisi Meriyası yayır.

Meriya tərəfindən verilmiş məlumatda aparılan işlərlə əlaqədar avqustun 26-dan sentyabrın 10-u da daxil olmaqla, saat 06:00-dan 12:00-dək Chabua Amirecibi yolunda, Amirecibi və Kakutsa Çoloğaşvili yollarının kəsişməsindən Mixeil Tamaraşvili küçəsinə qədər mövcud yol hissəsində avtonəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılacağı deyilir.

Məhdudiyyət müddətində avtomobillər Kakutsa Çoloğaşvili yolundan, Sulxan Tsintsadze və Mixeil Tamaraşvili küçələrindən istifadə etməklə hərəkət edə biləcəklər.

Bundan başqa, avqustun 26-dan sentyabrın 10-u da daxil olmaqla, saat 06:00-dan 08:00-dək Tamaraşvili küçəsindən Chabua Amirecibi və Kakutsa Çoloğaşvili avtomobil yollarının kəsişməsinə qədər olan hissəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Bu saatlarda avtomobillər Tamaraşvili və Tsintsadze küçələri, həmçinin Çoloğaşvili yolu vasitəsilə hərəkət edə biləcəklər.