Senator Mark Kelli - Ukraynanın Kursk vilayətində əməliyyatı müharibənin gedişatını dəyişə bilər
Senator Mark Kelli - Ukraynanın Kursk vilayətində əməliyyatı müharibənin gedişatını dəyişə bilər

Ukraynanın Kursk vilayətindəki əməliyyat müharibənin gedişatını dəyişə bilər, – medianın məlumatına görə, bu barədə ABŞ-ın demokrat senatoru Mark Kelli “CBS”ə müsahibəsində bildirib.

Mark Kelli qeyd edib ki, Ukraynanın Kursk vilayətində qəfil hücumu Vladimir Putin üçün şok edici olub.

“130 min rus evlərini tərk etmək məcburiyyətində qaldı və bu mərhələdə, düşünürəm ki, ukraynalılar bu münaqişənin gedişatını həqiqətən dəyişə biləcək gözlənilməz bir şey etdilər. Vladimir Putin ukraynalılara qanunsuz olaraq hücum edib. Qadınları, uşaqları, qocaları qəsdən öldürür. Bax qanunsuz işğal bu idi. “Düşünmürəm ki, ukraynalılar Rusiya ərazisini uzun müddət işğal etmək istəsinlər, ama bu, Putin üçün həqiqətən şok edici idi”, – Mark Kelli bildirib.

Rusiya ərazisində amerikan silahının tətbiqi ilə bağlı ünvanlanmış suala Kelli qarşı olmadığı cavabını verdi.

Bununla yanaşı, amerikalı senatorun dediyinə görə, Ukraynanın əməliyyatı ruslara öyrətməlidir ki, onların prezidenti Vladimir Putin onun dediyi o qədər də müqayisə oluna biləcək biri deyil.

“O, həmişə özünü Rusiyanı müdafiə etmək istəyən insan kimi təsvir etməyə çalışıb. Düşünürəm ki, Rusiya vətəndaşları Putinin Ukraynada etdiyi hər şeyin nəticələrini görürlər, indi onların müəyyən qədər risk altında olduqlarını görürlər”, – senator Mark Kelli bildirib.