Senator Ceyms Riş - mən və beynəlxalq ictimaiyyət işğal olunmuş Sxinvali bölgəsində dünənki qanunsuz seçkiləri qınayırıq və Gürcüstanın suverenliyini dəstəkləməyə davam edirik
Beynəlxalq ictimaiyyət Cənubi Osetiyada dünənki qanunsuz seçkiləri qınayır – bu barədə senator, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri, Ceyms Riş “Twitter”-də yazıb.
Senatorun sözlərinə görə, Ukrayna Putinin parçalamağa və məhv etməyə çalışdığı yeganə xalq deyil.
“Cənubi Osetiya Gürcüstanın Rusiya tərəfindən işğal olunmuş iki bölgəsindən biridir. Mən və beynəlxalq ictimaiyyət Cənubi Osetiyada dünənki qanunsuz seçkiləri qınayırıq və Gürcüstanın suverenliyini dəstəkləməyə davam edirik” -deyə senator yazır.
İşğal altındakı Sxinvalinin qondarma “Prezident Seçkiləri”-ndə Alan Qaqloyev liderlik edir. İşğalçı rejimin mediası, səslərin 20 faizinin sayılmasından sonra Alan Qaqloyevin 59 faiz, Anatoli Bibilovun isə 37 faiz səs topladığını yazır.