Senat Robin Danniqanı ABŞ-ın Gürcüstandakı yeni səfiri vəzifəsinə rəsmən təsdiqləyib
Senat Robin Danniqanı ABŞ-ın Gürcüstandakı yeni səfiri vəzifəsinə rəsmən təsdiqləyib

ABŞ Senatı Robin Danniqanı Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı yeni səfiri vəzifəsinə rəsmən təsdiq edib. Müvafiq məlumat Senatdakı çoxluğun “Twitter” səhifəsində dərc olunub.

ABŞ prezidenti Co Bayden 2023-cü ilin yanvarın 14-də Gürcüstanda fövqəladə və səlahiyyətli səfir vəzifəsinə Robin Danniqanın namizədliyini irəli sürüb.

Robin Danniqan təsdiq edilməmişdən əvvəl dövlət katibinin Mərkəzi və Şərqi Avropa məsələləri üzrə köməkçisinin müavini vəzifəsində çalışıb. 2018-2021-ci illərdə ABŞ-ın Avstriyadakı Diplomatik missiyasının rəhbərinin müavini olub.

Danniqan 1992-ci ildən Dövlət Departamentində işləyir. Robin Danniqan 2014-2017-ci illərdə Dövlət Departamentinin Enerji Resursları Bürosunun dövlət katibinin köməkçisinin müavini vəzifəsində çalışıb.

Robin Danniqan ABŞ-ın Vyetnam, Çili, Türkiyə, Kuba və El Salvadordakı səfirliklərində də xidmət edib.

Robin Danniqan bu vəzifədə 2020-ci ildən ABŞ-ın Gürcüstandakı səfiri vəzifəsində çalışan Kelli Deqnanı əvəz edəcək.