Senaki şəhəri və ətraf kəndlərin 24 saat su təchizatı üçün zəruri işlər üzrə tender keçirilir
Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Birləşmiş Su Təchizatı Şirkəti regionlarda əhalinin fasiləsiz su ilə təminatı üçün planlaşdırılan layihələrin icrasını fəal şəkildə davam etdirir.
Bu dəfə Senaki şəhərinin su təchizatı sisteminin bərpası üçün tender elan edilib. Təkliflərin qəbulu yanvarın 31-də başlayacaq və fevralın 5-də başa çatacaq. Layihənin ehtimal olunan dəyəri 45 milyon laridən çoxdur, işlər dövlət büdcəsindən maliyyələşdiriləcək.
Bu mərhələdə Senaki əhalisinin yalnız 30%-i fasiləsiz su təchizatından istifadə edir, qalan hissəsi isə 18 saatlıq qrafiklə su ilə təmin olunur. Su infrastrukturu qismən köhnəlib və reabilitasiyaya ehtiyac duyur. Planlaşdırılan layihə çərçivəsində yeni su kəmərləri şəbəkəsi, magistral kəmər, quyular, xlorlama qurğusu təşkil olunacaq, mövcud su anbarı bərpa olunacaq. Layihə başa çatdıqdan sonra Senaki şəhərinin, Nosiri, Şua Nosiri, İkinci Nosiri, Axalsopeli, Sabeselio, Sakilasonio və Saodişario kəndlərinin əhalisi 24 saat su təchizatından faydalanacaq.
Məlumatı Regional İnkişaf və İnfrastruktur Nazirliyi yayır.