Senakda külək nəticəsində ağac aşaraq mikroavtobusun üzərinə düşdü, üç sərnişin xəsarət aldı
Senakda külək nəticəsində ağac aşaraq mikroavtobusun üzərinə düşdü, üç sərnişin xəsarət aldı

Senakda külək nəticəsində kökündən qopan ağac mikroavtobusun üzərinə düşdü. Hadisə nəticəsində üç sərnişin xəsarət aldı. Senaki munisipaliteti meri, Vaxtanq Qadeliyanın dediyinə görə, hər üç xəsarət alanın vəziyyəti qənaətbəxşdir və müalicələrini xəstəxanadadavm etdirirlər.

Senaki munisipalitetində külək elektrik xəttlərini zədələdi, nəticədə əhaliyə elektrik enerjisi məhdudiyyətlə ötürülür, ağaclar aşıb, bu da yollarda hərəkətə maniəçilik törətdi.

Hazırda təmizləmə işləri aparılır.