Gürcüstanın Milli Enerji və Su Təchizatı Tənzimləmə Komissiyasının qərarına əsasən, Gürcüstanda elektrik enerjisinin tarifi üç tetri aşağı salınıb
Gürcüstanın Milli Enerji və Su Təchizatı Tənzimləmə Komissiyasının qərarına əsasən, Gürcüstanda elektrik enerjisinin tarifi üç tetri aşağı salınıb.
GNERC növbəti üç il üçün elektrik enerjisi tarifini təsdiqləyib. Tarif bütün kateqoriyalı istifadəçilər, eləcə də kommersiya abunəçiləri üçün aşağı salınacaq.
Müvafiq olaraq, Tbilisidə 0-dan 101 kilovat daxil olmaqla, məişət istehlakı üçün elektrik enerjisi tarifi 15 tetri olacaq; 101-dən 301 kilovat-a qədər istehlakçılar üçün – 19 tetri; 301 kilovatdan çox elektrik enerjisi istehlak edən abunəçilər üçün tarif 23,5 tetri olacaq.
Müvafiq azalma regionlara da təsir edəcək.
Güzəştli elektrik enerjisi tarifi 2024-cü ilin yanvarın 1-dən qüvvəyə minəcək.