Tbilisidə yeni restoran açılır, hansı ki, dünyanın 70 ölkəsində qüvvədə olan konsepsiya – Dinner in the Sky-ın analoqudur (Səmada nahar yeməyi).
Restoran Kocoridə, “Biol” mərkəzində mayın 15-də açılacaq.
Restoranın qonaqları axşam yeməklərini 50 metr yüksəklikdə yeyəcəklər.
Restoranda masa tutmaq indidən mümkündür.
Masa tutmağın qiyməti bir nəfərə 199-dan 345 lariyə qədərdir.
Restoran eyni zamanda 22 nəfərə xidmət edə bilir.
Şirkətin saitində yayılan məlumata əsasən, restorana uçmaq pulsuzdur, ancaq qonaqlar bir neçə rekomendasiyaları nəzərə almalı olacaqlar.
Məsələn, yüksəklikdə tualet yoxdur. Həmçinin, orada siqaret çəkmək də qadağandır.
Dinner in the Sky konsepsiyasında ilk restoran Belçikada 2006-cı ildə açıldı.