Gürcüstan parlamenti seksual təzyiqlə bağlı hazırlanan qanun dəyişikliklərini üçüncü oxunuşla təsdiqlədi.
Deputatlar qanunlayihəyi plenar iclasda səs verməyə çıxardılar.
Dəyişiklikləri 102 deputat dəstəklədi.
Parlamentin qərarı ilə, Gürcüstanda seksual xarakter daşıyan təzyiq pul cərimələrini və ictimai yerlərdə işləməyi nəzərdə tutur.
Qanuna əsasən, ictimai yerlərdə şəxsə qarşı istənməyən seksual xarakterli hərəkət etmək, təhqir etmək, cinsi aidiyyatına görə, təhqirli diskriminasiya etmək, 300 larilik cəriməyi nəzərdə tutur.
Əgər qeyd olunan hərəkət, inzibati cəzanın verilməsindən bir il ərzində təkrarlansa, cərimə 500 lari olacaq və yaxud bir ay müddəti ilə ictimai yerlərdə işləmək nəzərdə tuturlur.
Seksual təzyiq və təhqir məhdud fiziki imkanlı şəxslərə, hamilələrə və yaxud həddi buluğa çatmayanlara qarşı edildiyi halda, cərimə 800 lari, cəza isə, bir ay müddətində ictimai yerlərdə işləməkdir.
Qanunlayihənin müəllifi gender bərabərliyi şurasıdır, dəyişikliklərin bilavasitə müəllifləri isə, deputat Tamar Çuqoşvili, Tamar Xulordava, Dimitri Tskitişvili, Rati İonatamaşvili, Ququli Mağradze, Enzdela Maçavariani və Giorgi Tuğuşidir.