Səkkiz QHT Aİ-nin tövsiyələrinin yerinə yetirilməsi ilə bağlı birgə qiymətləndirmə sənədi hazırlayıb
Səkkiz QHT Aİ-nin tövsiyələrinin yerinə yetirilməsi ilə bağlı birgə qiymətləndirmə sənədi, statusmetr hazırlayıb.
Sənəd 2023-cü ilin yanvarın 15-dən aprelin 30-dək Gürcüstan hakimiyyətinin əldə etdiyi tərəqqi, mövcud vəziyyət və gələcək üçün müəyyən edilmiş addımları təsvir edir.
Təqdimatda vətəndaş cəmiyyəti təşkilatlarının, siyasi qrupların, diplomatik korpusun və digər maraqlı tərəflərin nümayəndələri iştirak ediblər. İctimai təşkilatların qiymətləndirməsinə əsasən, bu mərhələdə bir şərt tam yerinə yetirilib, iki şərt böyük ölçüdə, dörd şərt qismən yerinə yetirilib və Avropa İttifaqının beş şərti yerinə yetirilməlidir. Onlar 2023-cü ilin martın 31-dən aprelin 30-dək şərtlərin yerinə yetirilməsi ilə bağlı ciddi irəliləyiş müşahidə olunmadığını açıqlayıblar.
Sənəd -“Açıq Cəmiyyət Fondu”, “Demokratiya Tədqiqatı İnstitutu”, “Məhkəmənin Gözətçisi”, “Gürcüstanın Demokratik Təşəbbüsü”, “Gürcüstanın Strategiya və Beynəlxalq Münasibətlərin Tədqiqatı Fondu”, “İdarəçiliyin Monitorinqi Mərkəzi”, “Gürcüstanın İslahatlar Assosiasiyası” , “İnsan Hüquqları Naminə Tərəfdaşlıq”, “Sapari” təşkilatlarının qiymətləndirmələrini əhatə edir.