Səkkiz müxalif deputat Vaxtanq Qomelaurini interpelyasiya formatında parlamentə çağırır
Səkkiz müxalif deputat daxili işlər naziri Vaxtanq Qomelaurini interpelyasiya formatında parlamentə çağırır.
Müxalif deputat Xatia Dekanoidzenin bugünkü mətbuat konfransında açıqladığı üzrə, onların sualı bu ilin 7-8 mart tarixlərində hüquq-mühafizə orqanlarının əməkdaşlarının nümayişçilərə qarşı tətbiq etdiyi gücün nə dərəcədə proporsional olması və bunun sərbəst toplaşmaq və ifadə azadlığına qanunsuz müdaxilə olub-olmaması ilə bağlıdır.
“Həmçinin xüsusi vasitələrdən ( təzyiqli su, bibər spreyi və gözyaşardıcı qaz) müvafiq qaydalara riayət etməklə mi istifadə olunub?”-deyə Dekanoidze qeyd edir.