Şəxsi sənədlərində göstərilən doğum tarixinin doğum haqqında akt qeydləri və doğum haqqında şəhadətnamələrində göstərilən tarixdən fərqli olan vətəndaşlar üçün xüsusi qanun qüvvəyə minəcək
Parlament şəxsiyyət vəsiqələrində və pasportlarında göstərilən doğum tarixinin doğum haqqında akt qeydləri və doğum haqqında şəhadətnamələrdə göstərilən tarixdən fərqli olan Gürcüstan vətəndaşları üçün xüsusi qanun qəbul edəcək.
Müvafiq dəyişikliklər “Vətəndaşlar və Gürcüstanda yaşayan əcnəbilərin qeydiyyatı, şəxsiyyət (yaşayış) vəsiqəsinin və Gürcüstan vətəndaşının pasportunun verilməsi qaydası haqqında” qanuna daxil edilir, bu qanun bu gün parlamentin hüquq məsələləri komitəsində birinci oxunuşda sürətləndirilmiş şəkildə müzakirə edilir.
Qanuna aşağıdakı norma əlavə ediləcək – 2024-cü ilin mayın 1-dək verilmiş şəxsiyyəti təsdiq edən sənəddə göstərilən doğum tarixi şəxsin doğum haqqında akt qeydləri və doğum haqqında şəhadətnaməsində göstərilən doğum tarixindən fərqli olduqda, 2024-cü ilin mayın 1-dən sonra bu şəxsə veriləcək Gürcüstan vətəndaşının hər yeni şəxsiyyət vəsiqəsi və yeni pasportuna onun razılığı ilə 2024-cü ilin mayın 1-dək verilmiş şəxsiyyəti təsdiq edən sənəddə göstərilən doğum tarixi yazılacaq. Yuxarıda qeyd olunanlardan başqa, qanunlayihəsində bildirilir ki, Gürcüstan vətəndaşının yuxarıda qeyd olunan yeni şəxsiyyət vəsiqəsinə və ya Gürcüstan vətəndaşının yeni pasportuna yazılmış qeyd (doğum tarixi) şəxsiyyət vəsiqəsi/Gürcüstan vətəndaşının pasportunun ləğvi üçün əsas ola bilməz.
“Hazırda Gürcüstan vətəndaşlarının bir hissəsi uzun illərdir doğum haqqında akt qeydləri və doğum haqqında şəhadətnaməsində göstərilən doğum tarixindən fərqli Gürcüstan vətəndaşının şəxsiyyət vəsiqəsi və ya Gürcüstan vətəndaşının pasportuna malikdir, bu da həmin şəxslərin şəxsiyyət vəsiqələrinin ləğvi üçün əsasdır və onların pasportlarının etibarlılığı ilə bağlı şübhə yaradır” – deyə layihədə qeyd olunub.