Şəxsi Məlumatların Mühafizəsi Xidmətinin əməkdaşları üçün sosial müdafiə təminatlarının artırılması planlaşdırılır
Şəxsi Məlumatların Mühafizəsi Xidmətinin əməkdaşları üçün sosial müdafiə təminatlarının artırılması planlaşdırılır

 
Şəxsi Məlumatların Mühafizəsi Xidmətinin əməkdaşları üçün sosial müdafiə təminatlarının artırılması planlaşdırılır. Müvafiq dəyişikliklər Avropa Komissiyasının tövsiyələrinə əsaslanan “Şəxsi məlumatların mühafizəsi” qanununa daxil edilir.

Qanun layihəsinə əsasən, Şəxsi Məlumatların Mühafizəsi Xidmətinin əməkdaşına (əmək müqaviləsi ilə işləyən şəxs istisna olmaqla) xüsusi rütbə verilə bilər.

Bununla yanaşı, Şəxsi Məlumatların Mühafizəsi Xidmətinin əməkdaşına “Dövlət qulluğu haqqında” qanunla nəzərdə tutulmuş işçinin sosial müdafiə təminatları- o cümlədən xidməti vəzifələrinin icrası zamanı bədən xəsarəti və ya ölümlə bağlı sosial müdafiə təminatları şamil olunacaq.

Şəxsi Məlumatların Mühafizəsi Xidmətinin əməkdaşı icbari dövlət sığortasına cəlb olunacaq.