Şəxsi Məlumatların Mühafizəsi Xidməti Mixeil Saakaşvilinin video kadrlarının ictimailəşdirilməsi məsələsini öyrənməyə başlayıb
Şəxsi Məlumatların Mühafizəsi Xidməti Mixeil Saakaşvilinin video kadrlarının ictimailəşdirilməsi məsələsini öyrənməyə başlayıb-bu barədə xidmətin bəyanatında deyilir.
“2022-ci ilin dekabrın 14-də Gürcüstanın Ədliyyə Nazirliyi sisteminə daxil olan dövlət alt idarəsi-Xüsusi Penitensiar Xidmət tərəfindən həbsdə olan Mixeil Saakaşvilinin tibb müəssisəsində olmasını əks etdirən video kadrlar ictimailəşdirildi.
Xüsusi Penitensiar Xidmət tərəfindən video kadrların ictimailəşdirilməsi yoluyla Mixeil Saakaşvilinin şəxsi məlumatlarının işlənməsi faktı üzrə Şəxsi Məlumatların Mühafizəsi Xidməti məsələni öyrənməyə başlayıb” -deyə Şəxsi Məlumatların Mühafizəsi Xidmətində açıqlayıblar.
İdarədən Şəxsi Məlumatların Mühafizəsi Xidmətinin qanunla müəyyən edilmiş müddət ərzində məsələni öyrənəcəyi və nəticələr barədə ictimaiyyətə məlumat verəcəyi deyilir.