Seçkilərlə bağlı müvəqqəti istintaq komissiyasının yaradılması sərəncamı layihəsi büro iclasına bu gün təqdim olunacaq
31 oktyabr Parlament seçkiləri ilə bağlı müvəqqəti istintaq komissiyasının yaradılması sərəncamı layihəsi büro iclasına bu gün təqdim olunacaq.
Layihəni “Gürcü Arzusu” hazırlardı və müxalif partiyalara seçkilərin nəticələrini öyrənməyi təklif edir və söz verir ki, komissiya tərəfindən bir faizlik aşmanın müəyyən edilməsi təqdirində, yeni Parlament seçkilərini təyin edəcək.
Komissiyanın işinə “Avropalı Sosialistlər” qoşulmağı planlaşdırırlar. “Vətəndaşlar” isə, öz önşərtini irəli sürürlər və tələb edirlər ki, komissiya işinə “Milli Hərəkat”, “Avropa Gürcüstanı” və “Vətənpərvərlər Aliyanınsının” nümayəndələri də qatılsınlar.
Aleko Elisaşvilinin bəyana etdiyinə görə, 3 800 məntəqədə məhz elə onların nümayəndələri varı idi və seçkilərin necə keçirilməsi, hansı pozuntuların olması barəsində məlumatları var. Boykot rejimində olan müxalif partiyalar komissiyanın işinə qoşulmaqdan imtina edirlər.
Reqlamentə əsasən, komissiyanın yaradılmasına 50 deputatın dəstəyi lazımdır. Komissiya təqdimatdan iki həftə müddətində yaradılmalıdır. Bundan sonra Prosedur Komitəsi kvotları bölüşdürəcək.
Komissiyanın sədrinə gəldikdə, çoxluqda açıqlama verdilər ki, bu məsələ siyasi məsləhətləşmələrdən sonra dəqiqləşdiriləcək.