Seçki siyahılarının formalaşdırılması zamanı deputatlığa namizəd bir və ya bir neçə munisipalitetin nümayəndəsi kimi müəyyən edilə bilər
Seçki siyahılarının formalaşdırılması zamanı deputatlığa namizəd bir və ya bir neçə munisipalitetin nümayəndəsi kimi müəyyən edilə bilər. Müvafiq dəyişikliklərin təşəbbüsü gələn həftə parlamentdə irəli sürüləcək.
Dəyişikliklərə əsasən, partiyanın partiya siyahısı tərtib edərkən parlament üzvlüyünə namizədi seçki dairəsi ərazisində qeydə alınmış seçicilərin nümayəndəsi kimi müəyyən etmək hüququ olacaq.
Layihəyə əsasən, parlament üzvlüyünə namizəd yalnız bir seçki dairəsi ərazisində qeydə alınmış seçicilərin nümayəndəsi ola bilər. Belə olan halda partiya siyahısında parlament üzvlüyünə namizədin yanında seçici nümayəndəsi kimi irəli sürüləcəyi seçki dairəsinin nömrəsi göstəriləcək.
“Proporsional seçki sisteminin tətbiqindən sonra regional prinsiplə tətbiq edilən nümayəndələrin – majoritarların institutu artıq mövcud olmayacaq. Müvafiq olaraq, Gürcüstanın bölgələrindəki müxtəlif mühit-şəraitdən irəli gələrək, əhalinin tələbatına operativ və lazımi qaydada cavab vermək məqsədilə partiyalar partiya siyahılarının formalaşdırılması zamanı bir və ya bir neçə munisipalitetin və ya munisipalitetin bir hissəsinin nümayəndəsini müəyyən etmək hüququna malik olacaqlar”- deyə izahat kartında deyilir.