Seçki administrasiyası partiyaların nümayəndələri ilə təlim və məlumatlandırma görüşləri keçirib
Seçki administrasiyası partiyaların nümayəndələri ilə təlim və məlumatlandırma görüşləri keçirib. Məlumatı Mərkəzi Seçki Komissiyası yayıb.
MSK-dan verilən məlumata görə, görüş iştirakçılarına seçki prosesində elektron texnologiyaların tətbiqi ilə bağlı qanunvericilik xəbərləri və prosedurlar, seçki administrasiyasının fəaliyyəti, mövcud təcrübə və gələcək planlar barədə məlumat verilib.
Görüş çərçivəsində seçki elektron avadanlıqları nümayiş etdirilib. İştirakçılar elektron cihazların necə işlədiyini şəxsən görmək imkanı əldə etdilər.
Bu dəfəki görüşlərdə qanunverici orqanda təmsil olunan və ya qanunda nəzərdə tutulmuş maliyyə vəsaiti alan, Mərkəzi Seçki Komissiyasında üzvü olan partiyaların nümayəndələri iştirak ediblər.
Martın 17-18-də keçirilən təlim və məlumatlandırma görüşlərində 700-ə yaxın insan iştirak edib. Qeyd olunan tipli görüşlər il boyu davam edəcək və daha da genişlənəcək.