Səhiyyə Nazirliyinin Peşə İnkişafı Şurası yeddi həkimin dövlət sertifikatının qüvvəsini müvəqqəti olaraq dayandırıb
Səhiyyə Nazirliyinin Peşə İnkişafı Şurası yeddi həkimin dövlət sertifikatının qüvvəsini müvəqqəti olaraq dayandırıb

 

Səhiyyə Nazirliyində Peşə İnkişafı Şurasının növbəti iclası keçirilib. İclasda tibbi xidmətin keyfiyyəti ilə bağlı Tibb və Əczaçılıq Fəaliyyətinin Tənzimlənməsi Agentliyi tərəfindən araşdırılan məsələlər müzakirə edilib və 11 həkimin peşə məsuliyyətindən danışılıb.

Şuranın qərarı ilə yeddi həkimin dövlət sertifikatının qüvvəsi müvəqqəti olaraq dayandırılıb.

Peşə İnkişafı Şurası həkimlərin peşə fəaliyyətinin hərtərəfli və ətraflı öyrənilməsini təmin edir, pasiyentlərə göstərilən tibbi xidmətin keyfiyyətini, tibb işçilərinin mümkün səhlənkarlıqlarını, peşə öhdəliklərini və pasiyentlərə qarşı səhlənkarlıq/etik olmayan, qeyri-adekvat rəftar hallarını müzakirə edir. Vətəndaşlara göstərilən tibbi yardımın keyfiyyətinin öyrənilməsi məqsədilə Peşə İnkişafı Şurasının həftədə bir dəfə iclasları keçirilir. Şura üzvləri 2022-ci ildə 296 həkimin peşə məsuliyyətini müzakirə ediblər. Onlardan 219 həkim peşə məsuliyyətinə cəlb edilib, 6 həkimin dövlət sertifikatı ləğv edilib, 56 həkim isə müxtəlif müddətlərə fəaliyyətindən kənarlaşdırılıb.

Bu barədə məlumatı Səhiyyə Nazirliyinin mətbuat xidməti yayır.