Səhiyyə Nazirliyinin nümayəndə heyətinin Çexiyada rəsmi görüşləri davam edir
Zurab Azaraşvilinin rəhbərlik etdiyi Gürcüstanın işğal olunmuş ərazilərindən olan Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin nümayəndə heyəti Çexiyada rəsmi səfərdədir.
Səhiyyə Nazirliyindən verilən məlumatda səfər çərçivəsində Çexiyanın Sosial Müdafiə Administrasiyasında görüşlər keçirildiyi, nazirliyin nümayəndələrinin Çexiyanın sosial sığorta sistemləri ilə tanış olduqları deyilir.
Həmçinin, Çexiyanın Məşğulluq Agentliyində də görüş keçirilib və qurumun təşkilati strukturu müzakirə olunub. Əmək bazarının aktiv siyasətini dəstəkləyən mexanizmlərə toxunulub. Tərəflər bu istiqamətdə təcrübələrini bölüşüblər.
Zurab Azaraşvili ilə birlikdə nazir müavini Tamar Barkalaia, eləcə də Çexiya və Fransanın inkişaf agentliklərinin nümayəndələri Çexiyadadırlar. Görüşlərdə Gürcüstanın Çexiyadakı fövqəladə və səlahiyyətli səfiri Mariam Rakviaşvili iştirak edib.