Səhiyyə Nazirliyinin müraciəti əsasında Rəqabət və İstehlakçıların Hüquqlarının Müdafiəsi Agentliyi əczaçılıq şirkətlərinə qarşı daha bir iş üzrə araşdırmalara başlayıb
Səhiyyə Nazirliyinin müraciəti əsasında Rəqabət və İstehlakçıların Hüquqlarının Müdafiəsi Agentliyi əczaçılıq şirkətlərinə qarşı daha bir iş üzrə araşdırmalara başlayıb. Məlumatı Səhiyyə Nazirliyi yayır.
Qurumun məlumatına görə, söhbət ötən ilin dekabrında nazirliyin açıqladığı məlumatdan gedir ki, bu məlumata əsasən, əczaçılıq şirkətləri dərmanları idxal qiymətinə nisbətən 1000%, 2000% və 3000%-lik qiymət əlavəsi ilə satıblar.
Rəqabət Agentliyi səkkiz əczaçılıq şirkətinə qarşı dominant mövqedən sui-istifadə hallarını araşdırır.
Agentlik şirkətlər tərəfindən ədalətsiz qiymət təyini və ya digər ədalətsiz ticarət şərtlərinin olub olmadığını müəyyən edəcək.
Qeyd edək ki, Səhiyyə Nazirliyi artıq adıçəkilən dərman vasitələrinə istinad qiymət mexanizmini paylaşıb və bundan sonra dərmanların qiyməti aşağı salınıb.
Məlumat üçün bildirək ki, Milli Rəqabət Agentliyi dekabrın sonunda Səhiyyə Nazirliyinin müraciəti əsasında daha bir işin istintaqını yekunlaşdırıb. Araşdırma nəticəsində əczaçılıq şirkətləri tərəfindən razılaşdırılmış fəaliyyət və rəqabət qanunvericiliyinin ciddi şəkildə pozulması faktı təsdiqlənib. Konkret olaraq, “PSP Pharma”, “Aversi”, “Pharmadepo”, “GPS” və “Mermis” onkoloji dərmanlar üçün bir tetriyə qədər dəqiqliklə eyni qiymətlər müəyyən etdi. Rəqabət Agentliyi qaydanı pozan əczaçılıq şirkətlərini 52 797 934 lari məbləğində cərimələyib.
Müəllif -
Mehemmed Bayramaliyev