Səhiyyə Nazirliyinin qərarına əsasən, respublika üzrə bütün onkoloji pasiyentlər üçün hormon terapiyası, kimyaterapiya, şüa terapiyası və dərman preparatları maliyyələşdiriləcək
Gürcüstan Səhiyyə Nazirliyinin məlumatına görə, xərçəng xəstələrinin yüksək keyfiyyətli müalicəyə çıxış imkanlarını artırmaq üçün ümumi sağlamlığın qorunması üzrə dövlət proqramında əhəmiyyətli dəyişikliklər edilib.
Səhiyyə Nazirliyinin qərarına əsasən, respublika üzrə bütün xərçəng xəstələri üçün hormon terapiyası, kimyaterapiya, şüa terapiyası və dərman preparatları maliyyələşdiriləcək.
“Onların arasında illik gəliri 40 min laridən çox olan xəstələr də var. Dəyişiklikdən əvvəl bu xidmətlər maliyyələşdirilmirdi. Yenilik sığortalı veteranlara da aiddir.
Sözügedən qərara əsasən, ümumi səhiyyə proqramı çərçivəsində onkoloji xəstəliklərin müalicəsi gəlirindən asılı olmayaraq hər bir benefisiar üçün bərabər şəkildə əlçatan olacaq. Dəyişiklik artıq Gürcüstan hökuməti tərəfindən təsdiqlənib”, – Səhiyyə Nazirliyinin məlumatında qeyd olunur.