Səhiyyə Nazirliyindən verilən məlumata əsasən, Respublika Xəstəxanasının 350-yə yaxın əməkdaşı nazirliyin təklif etdiyi təzminat paketini artıq seçib
Səhiyyə Nazirliyindən verilən məlumata əsasən, Respublika Xəstəxanasının 350-yə yaxın əməkdaşı nazirliyin təklif etdiyi təzminat paketini artıq seçib

 
Səhiyyə Nazirliyi Respublika Xəstəxanasının əməkdaşları ilə məsləhətləşmələr haqqında məlumat yayır. Qurumdan izah edildiyi üzrə, məsləhətləşmələr davam edir.

“İctimaiyyətə məlumdur ki, Respublika Xəstəxanasında Səhiyyə Nazirliyinin nümayəndələri ilə klinikanın əməkdaşları arasında gündəlik olaraq görüşlər keçirilir. Ancaq müəyyən bir işçi qrupu təəssüf ki, istənilən formada məsləhətləşmədən, görüşdən imtina edir.

İctimaiyyəti məlumatlandırmaq üçün izah etmək istərdik ki, Respublika Xəstəxanasının əməkdaşlarına təzminatların ödənilməsi davam edir. Artıq klinikanın 350-yə yaxın tibb işçisi və inzibati işçisi nazirliyin təklif etdiyi təzminat paketini seçib və müvafiq razılaşma ilə təsdiqləyib”- deyə Səhiyyə Nazirliyindən bildirilib.

Onlar tərəfindən verilmiş məlumat üzrə, Səhiyyə Nazirliyinin iştirakı ilə Respublika Xəstəxanasının tibb işçilərinə alternativ iş təklif edən özəl tibb müəssisəsində tibb işçilərinin bir hissəsi fəaliyyətini davam etdirir.

“Qurum bu istiqamətdə ondan artıq tibb müəssisəsi ilə danışıqlar aparıb. Klinikada çalışan tibb işçilərinin hüquqlarının tam şəkildə müdafiə olunması vacibdir. Respublika Xəstəxanasının hər bir əməkdaşı alternativ iş təklifi və ya layiqli təzminat ilə təmin olunacaq”- Səhiyyə Nazirliyindən qeyd edirlər.