Səhiyyə Nazirliyində medikamentlərin qiymətlərinin yuxarı həddinin gələn ildən təyin ediləcəyi bildirilir
Səhiyyə Nazirliyində medikamentlərin qiymətlərinin yuxarı həddinin gələn ildən təyin ediləcəyi bildirilir

 

2023-cü ilin əvvəlindən konkret medikamentlər üçün referent qiymətlər təyin ediləcək- bu barədə Gürcüstan Səhiyyə Nazirliyinin məlumatında deyilir.

Birinci mərhələdə, qiymətlərin yuxarı həddi xroniki və onkoloji xəstəliklərin müalicəvi dərman vasitələri üçün müəyyən ediləcək.

Səhiyyə nazirinin müavini İlia Ğuduşauri referent qiymətlərin təyin edilməsinin, məqsədi vətəndaşları maksimal şəkildə çatımlı və keyfiyyətli səhiyyə və ya dərman vasitələri ilə təmin etmək olan islahatın komponentlərindən biri olduğunu bildirib.

“İlk əvvəl, xroniki və onkoloji medikamentlər üçün yuxarı həddi müəyyən edəcəyik, çünki ən çox sayda bu dərmanlar satılır və olduqca bahalıdır. Biz indi məhz metodologiyanın seçilməsi mərhələsindəyik. Prosesə həm gürcü, həm də Bolqarıstan, Sloveniya, Bosniya və Herseqovina və s. ölkələrdə bu islahat üzərində işləmiş xarici ekspertlər qoşulub”- deyə işğal olunmuş ərazilərdən olan məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə nazirinin müavini bildirib.

İlia Ğuduşauri referent qiymətlərin generiklər səviyyəsində təyin ediləcəyini və konkret generik satmağa qərar verən istənilən şirkətin müəyyən edilmiş tarifdən yüksək qiymət təyin etməmə öhdəliyinin olacağını bildirib.