Səhiyyə Nazirliyi - Zurab Azaraşvili və Türkiyə səfiri, Ali Kaan Orbay görüşdə Gürcüstanda dərmanların əlçatarlığının artması və ucuzlaşma tendensiyası barədə danışdılar
Səhiyyə naziri, Zurab Azaraşvili Türkiyə Respublikasının Gürcüstana yeni təyin olunmuş səfiri, Ali Kaan Orbay ilə görüşdü.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, tanışlıq görüşündə Zurab Azaraşvili və Ali Kaan Orbay iki ölkə arasındakı əlaqələri müzakirə etdilər. Eləcə də, Türkiyə bazarının açılması nəticəsində, Gürcüstanda dərmanların əlçatarlığının artması və ucuzlaşma tendensiyasında danışdılar. Tərəflər həmçinin gələcək planları və qarşılıqlı əməkdaşlığın perspektivlərini müzakirə etdilər.
Görüşdə Türkiyə səfirinin müşaviri Gizem Türkgenci-Sevim də iştirak edirdi.
Məlumatı Gürcüstan Səhiyyə Nazirliyinin mətbuat xidməti yayır.