Səhiyyə Nazirliyi və Türkiyənin "Beynəlxalq Tibbi Xidmət Agentliyi" arasında əməkdaşlıq memorandumu imzalandı
Səhiyyə Nazirliyi və Türkiyənin "Beynəlxalq Tibbi Xidmət Agentliyi" arasında əməkdaşlıq memorandumu imzalandı

Gürcüstanın Səhiyyə Nazirliyi və Türkiyənin “Beynəlxalq Tibbi Xidmət Agentliyi” (USHAŞ) arasında əməkdaşlıq memorandumu imzalandı.

Nazirliyin mətbuat xidmətinin məlumatına görə, sənədin məqsədi səhiyyə sistemində iki tərəfli razılaşdırılmış layihələrin həyata keçirilməsi, Gürcüstandan olan onkoloji pasientlərin Türkiyə Respublikasında tibbi xidmət alması, tibbi turizm və təhsil istiqamətində əməkdaşlığın artırılması və həmçinin, tibbi texnologiyalar sahəsində yeniliklər haqqında ən yaxşı praktikanın paylaşılmasıdır.

“Tərəflər Gürcüstan və Türkiyə arasında, səhiyyə sahəsində mövcud olan əməkdaşlığı dəyərləndirdilər. İmzalama prosesi Ankarada keçirildi. Nazirliyin adı ilə memorandumu Gürcüstan səfiri Giorgi Cancğava imzaladı.

İmza prosesinə onlayn formatda Səhiyyə Nazirinin müavini Giorgi Tsitskolauri və Administrasiyanın rəhbəri Tinatin Xardziani iştirak edirdilər.