Səhiyyə Nazirliyi - şirkətlərin bir hissəsi Türkiyədən idxal edilən dərmanların qiymətini süni şəkildə artırıb və Avropanın müxtəlif ölkələrindən gətirilən dərmanların qiymətinə bərabərləşdirib
Dərman vasitələrinə istinad qiymətləri tətbiq edildikdən sonra əczaçılıq şirkətləri tərəfindən bəzi vicdansız hərəkətlərə yol verilib-bu barədə Səhiyyə Nazirliyinin bəyanatında deyilir.
Nazirlikdən verilmiş məlumatda şirkətlərin bir hissəsinin Türkiyədən gətirilən dərmanların qiymətini süni şəkildə artırdığı və Avropanın müxtəlif ölkələrindən gətirilən eyniadlı dərmanların qiymətinə bərabərləşdirdiyi deyilir.
Səhiyyə Nazirliyindən verilən məlumatda bildirilir ki, əczaçılıq şirkətləri tərəfindən türk dərmanlarının qiymətinin süni şəkildə artırılması qəbuledilməzdir, çünki bu, dövlətin vətəndaşların dərman vasitələrinə çıxışını təmin etmək məqsədi ilə ziddiyyət təşkil edir.
“İlkin qiymətləndirməyə əsasən qiymətlərin eyni vaxtda artırılması prosesində ədalətsiz razılaşmalar və ya dominantlıqdan düzgün istifadə edilməməsi faktı ola bilər, bununla da sektor maksimum gəlir əldə etməyi təmin etmək üçün vətəndaşlara ziyan vurur.
Milli Rəqabət Agentliyi tədqiqat prosesində iştirak etməyə hazırdır.
Səhiyyə Nazirliyi vətəndaşların maraqlarını nəzərə alaraq aşkar edilmiş qanun pozuntularına ciddi reaksiya verəcək.
İctimaiyyətə məlumdur ki, türk əczaçılıq bazarının açılması ilə Türkiyədən dərmanlar paralel idxalla, sadələşdirilmiş rejimlə gətirilir, bu da Gürcüstanda dərmanların qiymətini xeyli aşağı salıb. Bundan irəli gələrək, Türkiyədən gətirilən dərmanlar Avropa ilə müqayisədə xeyli ucuz satılır. Müvafiq olaraq, dərman şirkətləri tərəfindən türk dərmanlarının qiymətinin süni şəkildə artırılması Səhiyyə Nazirliyi üçün qəbuledilməzdir, çünki bu, dövlətin dərmanlara ədalətli qiymət təyin etməklə vətəndaşların dərmanlara çıxışını təmin etmək məqsədi ilə ziddiyyət təşkil edir”- deyə bəyanatda bildirilir.