Səhiyyə Nazirliyi rezidentura proqramı çərçivəsində 150-yə yaxın tələbənin xaricdə təhsilini maliyyələşdirəcək
Səhiyyə Nazirliyi rezidentura proqramı çərçivəsində 150-yə yaxın tələbənin xaricdə təhsilini maliyyələşdirəcək

 
Səhiyyə Nazirliyi rezidentura proqramı çərçivəsində 150-yə yaxın tələbənin xaricdə təhsilini maliyyələşdirəcək-bu haqda Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə naziri, Zurab Azaraşvili hökumət iclası başa çatdıqdan sonra açıqlayıb.

Azaraşvili, birinci mərhələdə proqramın büdcəsinin təxminən 10 milyon lari təşkil edəcəyini, bunun da bütün tədris və yaşayış xərclərini əhatə etdiyini bildirib.

“Olduqca vacib bir layihə haqqında danışmaq istəyirəm. Bu, ümumilikdə dövlət klinikalarında çalışan işçilərin ixtisaslılıq səviyyəsinin yüksəldilməsinə aiddir, bu da uğurlu tələbələrin seçilməsini nəzərdə tutur. Nazirliyin büdcəsi ilə yaxın iki-üç ildə 100-150 tələbənin xaricə buraxılmasını təmin edəcəyik. Onların rezidentura xərcləri tam maliyyələşdiriləcək. İki-üç ildən sonra ölkə oradan qayıdan tələbələrin timsalında çox ciddi tibbi sərvətə malik olacaq, biz onların dövlət tibb klinikalarında işlə təmin olunacağına zəmanət verəcəyik. Birinci mərhələdə proqramın büdcəsi təqribən 10 milyon lari təşkil edəcək ki, bura bütün tədris və orada yaşayış xərcləri daxildir. Rezidentura proqramı hər bir tələbə üçün 18 aydan 24 aya qədər olacaq”-deyə Zurab Azaraşvili açıqlayıb.